Qənirə Paşayeva Boluda görüşlərində Azərbaycana geniş diqqət ayırmağa çağırıb - FOTO

Qənirə Paşayeva Boluda görüşlərində Azərbaycana geniş diqqət ayırmağa çağırıb  - FOTO


Millət vəkili Qənirə Paşayeva Boluda bölgənin fəal gənclər, qadın təşkilatları, QHT-ləri ilə görüşdə Azərbaycana geniş diqqət ayırmağa çağırıb.

Boluda səfərdə olan millət vəkili Qənirə Paşayeva bölgənin fəal gənclər, qadın təşkilatları, QHT-ləri ilə görüşdə Azərbaycana geniş diqqət ayırmağa çağırıb. Görüş zamanı millət vəkili Q. Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri, gənclər və qadın təşkilatları, QHT-ləri arasında da əlaqələrin getdikcə daha da genişlənməsinin məmnuniyyətverici olduğunu və bu məsələlərin vacibliyini qeyd edib. Bölgənin fəal gəncləri, qadınları, QHT-ləri ilə görüşdə Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı, Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar, Xocalı soyqırımı, tarixi abidələrin erməni vandalizminə məruz qalması da barədə geniş söhbət açan Qənirə Paşayeva ölkələrimizin fəal gənclər, qadın təşkilatları, QHT-ləri arasında əməkdaşlığın artmasının vacibliyi ilə də bağlı geniş fikirlərini də bildirib və bu istiqamətdə fikir mübadiləsi aparılıb. Millət vəkili Qənirə Paşayeva “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” seriyasından yaxın günlərdə çıxacaq yeni kitabında Bolu ilə də bağlı geniş yazının öz əksini tapacağını və Azərbaycanlı oxuculara Bolu ilə bağlı daha geniş bilgilər veriləcəyini deyib. Millət vəkili Q. Paşayeva Bolunun fəal gənclərini, qadınlarını, QHT-lərini Azərbaycana səfərə dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul edən gənclər, qadın təşkilarları, QHT münayəndələri Azərbaycana məmuniyyətlə səfər etmək istədiklərini deyiblər. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Bolunun fəal gənclərinə, xanımlarına, QHT-lərinə Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar və materiallar, özünün müəllifi olduğu əsərləri, musiqi albomlarını da təqdim edib. Millət vəkili Qənirə Paşayeva rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB-nin hazırladığı “Azərbaycan Həqiqətləri” sənədli filmlər kataloqunu və həmmüəllifi olduğu və Türkiyə türkcəsində çapdan çıxmış “Karabağ hikayeleri” ,“Hocalı Soykırımı tanıkların dilinden” kitablarını da təqdim edib.

Xəbər 460 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR