"Real Madrid"in baş məşqçisi Joze Mourinyo 2026-cı il dünya çempionatından gözləntilərini bölüşüb və turnirin favoritlərinin adlarını çəkib.
Aktual.az xəbər verir ki, Mourinyo "Real Madrid"in oyunçularının turnirdən daha tez məğlub olub məzuniyyətə yollanmalarını arzuladığını bildirib.
Mourinyo fikirlərini belə əsaslandırıb: "Həqiqəti bilmək istəyirsiniz? Mən "Real"ın oyunçularının daha tez məğlub olub məzuniyyətə yollanmasını istəyirəm. İstəyirəm ki, onlar mövsümöncəsi hazırlığa qayıtsınlar".
Mütəxəssis həmçinin turnirin gedişatı ilə bağlı təəssüratını da bölüşüb: "Turnirin əvvəlində bir növ təcridlik hissi keçirirdim. 10 dəqiqədən sonra oyundan qopuram. 7:1 və ya 5:1 hesabı qeyri-mümkündür. Axı bu, dünya çempionatıdır".
Portuqaliyalı məşqçi qeyd edib ki, turniri 1/8 final mərhələsindən etibarən ciddi şəkildə izləməyə başlayacaq. O, favoritlər siyahısına aşağıdakı komandaları daxil edib:
- İngiltərə
- Fransa
- İspaniya
- Argentina
- Braziliya
- Portuqaliya (oxu.az)
Xəbər 168 dəfə oxunub.