FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib - FOTOLENT

FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib - FOTOLENT

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Nazirlikdən Aktual.az-a verilən məlumata gö, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi (RM) tərəfindən Nərimanov rayonunda yerləşən Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda, Nəsimi rayonu Kliniki Tibbi Mərkəzdə, Xətai, Suraxanı və Qaradağ rayon ərazilərində fəaliyyət göstərən din xadimləri üçün, Şimal RM tərəfindən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Nabran kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində, Gəncə RM tərəfindən Gəncə Şəhər Sukanal İdarəsində, Cənub RM tərəfindən Astara Rayon İcra Hakimiyyətinin Kakalos kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində, Aran RM tərəfindən Ucar Rayon İcra Hakimiyyəti başçısının Qazıqumlaq kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində və Mingəçevir şəhər 4 nömrəli körpələr evi-uşaq bağçasında, Şimal-qərb RM tərəfindən Qəbələ Dəmiryol Stansiyasında və Qəbələ rayonu Dızaxlı kənd uşaq bağçasında, Qarabağ RM tərəfindən Bərdə şəhər 10 nömrəli körpələr evi-uşaq baxçasında maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in "112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Xəbər 55 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR