Əli Xameneinin 35 metr dərinlikdə, partlayışa davamlı otaqla təchiz olunmuş gizli yeraltı sığınacağı var imiş.
Aktual.az verdiyi xəbərə görə, İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) Tehrandakı Mofid küçəsi yaxınlığında – ali rəhbərin iqamətgahı yaxınlığında Əli Xameneini qorumaq üçün böyük yeraltı kompleks inşa edib.
Bu kompleks yerin təxminən 30-35 metr dərinliyində yerləşir və partlayışa davamlı xüsusi otağa malikdir.
Yerüstü hissəsində idman mərkəzi olan bu kompleksin yeraltı hissəsində çoxmərtəbəli avtomobil dayanacaqları, atıcılıq tirləri və komandirlər üçün 5 mərtəbəli ofislər mövcuddur. Kompleks tunellər vasitəsilə Vəliəsr, Pastor və Cümhuriyyət küçələrinə bağlanır. İnşaat işlərinə SEPAH-ın "Xatəmül-Ənbiya” qərargahı rəhbərlik edib.
Məlumata görə, bu sığınacaq İsrailin ali rəhbərin iqamətgahına hücumunun hədəflərindən biri olub, lakin peyk görüntüləri onun tamamilə məhv edilmədiyini göstərir. (axar.az)
Xəbər 47 dəfə oxunub.