Bu küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bu küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bu gün Bakının Abbasqulu ağa Bakıxanov küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Azadlıq prospektinədək olan hissəsində təmir işlərinə başlanılacaq.

Bu barədə Aktual.az-a Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, aparılan işlərlə əlaqədar qeyd olunan ərazidə nəqliyyat vasitələrinin hərəkəti görülən işlərin gedişindən asılı olaraq qismən və ya tam məhdudlaşdırılacaq.

Qeyd olunub ki, məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə qalacaq.
Xəbər 48 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR