Zelenski UTX-nin Rusiyaya qarşı 40 günlük əməliyyatını elan edib

Zelenski UTX-nin Rusiyaya qarşı 40 günlük əməliyyatını elan edib

Ukrayna Prezidenti Volodimir Zelenski Təhlükəsizlik Xidməti (UTX) tərəfindən Rusiyaya qarşı 40 günlük əməliyyatın başlanmasına dair göstəriş verib.

Aktual.az xəbər verir ki, o, bu barədə teleqram kanalında yazıb.

Prezidentin sözlərinə görə, əməliyyatın məqsədi Rusiyanı Ukraynaya qarşı müharibəni dayandırmağa vadar etməkdir.

"General-mayor Yevgeni Xmaranın uzaqmənzilli zərbələr planımız və Ukrayna Təhlükəsizlik Xidmətinin, məhz "Alfa" Xüsusi Əməliyyatlar Mərkəzinin cəbhədəki nailiyyətləri barədə məruzəsi. Müharibəni bitirməyə vadar etmək naminə (Rusiyaya - red.) onlara təsir göstərəcək Ukrayna Təhlükəsizlik Xidmətinin 40 günlük əməliyyatını təsdiqlədim", - paylaşımda bildirilib.

Zelenskinin sözlərinə görə, Ukrayna Təhlükəsizlik Xidməti müxtəlif növ dronların tətbiqi ilə artıq bir neçə aydır, cəbhədə Ukrayna mövqelərinin qorunması üzrə ən yüksək göstəricilər nümayiş etdirir. "Alfa" Xüsusi Əməliyyatlar Mərkəzi işğalçı qüvvələrin şəxsi heyətinin və texnikasının məhv edilməsi nəticələrinə görə liderdir", - o yazıb.
Xəbər 148 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR