NATO-nun baş katibi Mark Rütte Ankarada keçiriləcək sammitdə ABŞ Prezidenti Donald Trampı alyansın əhəmiyyətinə inandırmaq niyyətində olduğunu bildirib.
Aktual.az xəbər verir ki, Rütte bunu ABŞ-a səfəri zamanı Atlantik Şurasında çıxışında deyib.
Onun sözlərinə görə, sammitdə Yaxın Şərq və Asiya-Sakit okean regionundan tərəfdaşlarla birlikdə ümumilikdə 42 ölkə iştirak edəcək və onların iqtisadiyyatının həcmi 70 trilyon dolları ötür.
Rütte Trampı "NATO-nun ən güclü şəxsi" və "dünyanın lideri" adlandırıb.
Xəbər 47 dəfə oxunub.