İtaliya və Fransa Livana dəstək koalisiyası barədə razılığa gəliblər

İtaliya və Fransa Livana dəstək koalisiyası barədə razılığa gəliblər

"İtaliya və Fransa BMT-nin Müvəqqəti Qüvvələrinin (UNIFIL) mandat müddəti başa çatdıqdan sonra Livanı dəstəkləmək üçün koalisiyanın yaradılması barədə razılığa gəliblər".
Aktual.az xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Corcia Meloni bildirib.
"BMT missiyası ilin sonunda başa çatır və biz Livanı dəstəkləmək üçün koalisiya yaratmaq və post-UNIFIL planı hazırlamaq qərarına gəldik", - deyə Meloni Fransanın Antib şəhərində keçirilən ikitərəfli hökumətlərarası sammitin yekunlarına dair mətbuat konfransında bildirib. Qeyd edək ki, sammitdə Fransa Prezidenti Emmanuel Makron da iştirak edib.
O əlavə edib ki, yaxın vaxtlarda Livana həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.
Livandakı sülhməramlı missiya 1978-ci ildə İsrailin bu ölkəyə müdaxiləsindən sonra BMT Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq yaradılıb. Onun mandatı hər altı aydan bir uzadılır. UNIFIL-in tərkibinə 47 ölkədən təxminən 8.2 min nəfər daxildir. (oxu.az)
Xəbər 170 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR