Gəzəyən kişilər

Gəzəyən kişilər

Yad qızı, yad oğlu məsəli var dilimizdə...

Ayna Məmmədova


Elə indi də bu məsəl bizi qarabaqara izləyir. Ən mehriban ailələr belə çətin məqamlarda bu məsələnin aliliyinə təzim edirlər. Əslində Azərbaycan ailələrin əksəriyyətinin cəmiyyətə ideal ailə kimi sırınması sovet ədəbiyyatının bizə bəh-bəhlə sırıdığı romanlara oxşayır. Ya da Kommunist partiyasının şəninə yazılan şeirlərə...


Azərbaycanda ailələrin əksəriyyəti cəmiyyətə "üstü bəzək, altı təzək” təqdim edilir. 


Bu yaxınlarda şahidi olduğum hadisə bu fikirləri məndə daha da qətiləşdirdi. Ağlaya-ağlaya ərinin başqa qadınla münasibətindən şikayətlənən qadın belə ailə modellərini gözümün önündə canlandırdı. Amma mən feministlik zad nümayiş etdirib qadınların tərəfində olmayacam. Əslində bu fikirlərin məndə möhkəmlənməsi üçün bir dostum da təsir etdi. 


Əlbəttə, istər evli, istər subay olsun kişinin qadına, qadının da kişiyə ehtiyac duyduğu məqamlar olur. Burda söhbət cinsəllikdən, intim münasibətdən getməyə də bilər. Əgər bir kişi qadının işə gedərkən əl dəsmalını ütüləyib köynəyinin cibinə qoymasını özü üçün ən böyük diqqət hesab edirsə, bu kişi ən çoxu nə istəyə bilər ki?


Mənəvi ehtiyaclar da var ki, bu təmin olunmasa belə yenə ideal ailədən söhbət gedə bilməz. 


Bir kişinin başqa qadınla münasibətini öz qadının həzm etməsi əslində Azərbaycanda başqa cürdü. Yox ki, qadın kişisini dəli kimi sevir və onu itirməyindən qorxur. Əgər kişinin cibi bir balaca pul tanıyırsa, onun qadını siçan simicliyi ilə o cibi qarət edəcək. 


Azərbaycan qadının əksərinə onun ərinin pulu, maşını, vəzifəsi lazımdı. Hətta hardasa oxumuşdum ki, bir qadın etiraf edib ki, mən o kişinin vəzifəsiylə sevişirdim...


Bizlər də beləyik, əksərimiz...


Kişi qadınında görmədiyi nəvazişi, diqqəti, qaygını başqa qadınlarda axtarır. Pullu kişi isə heç axtarmır, onu qadınlar özü tapır. Gəlin açıq danışaq, pullu kişi düşünür ki, hər çür imkanı var, amma qadınından istədiyi qaygını görmür. Xata burasıdı ki, kişi özü də bilir ki, qadına onun pulu, ailəsini saxlamağı lazımdı. Bu pulla o baldızlarına, qaynanasına, eltisinə fors da eləyə bilər. Ən azı bir qadın salonunda o eqosunu geninə boluna xərcləyə bilər...


Amma kişisi başqa qadınlarla münasibətdə olunca...


Kərəmi bu yerdə ağlamaq tutur da. 

Qadın başlayır təzədən ər sevməyə... Bu da sünilikdən başqa bir anlama gəlmir. Kişi əldən gedib artıq...


Kişi qadın münasibətləri haqda deklomasiya acmaq fikirim yoxdu. Məncə, "gəzəyən kişilərin” qadınlarının qazanacaqları onların itirəcəyindən azdı. Əgər kişinin özünü, pulunu itirəcəksə, qazanacağı onun əsəbi, göz yaşları, lazımsız eqosunun təsiri altında özünü qınaması, tapacağı xəstəliyidi...


Bizim qadınlar boş verməyi heç düşünmürlər də...


Amma bu məsələnin kökündə bir məqam dayanır. O vaxt biz qadınlar kişilərin qabırgasından yarandıq...


Amma antrikot da qabırgadan olur aaa... 


”Gəzəyən kişi”lər bilir neyniyir...


Nə olur olsun, yad qızı, yad oğluyuq...

Xəbər 12658 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR