Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verib

Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanında baş vermiş helikopter qəzası ilə bağlı başsağlığı verib.
Nazirliyin "X" sosial şəbəkəsindəki paylaşımında Ras Tanura bölgəsində baş verən faciəli helikopter qəzası nəticəsində 14 nəfərin həyatını itirməsindən dərin kədər hissi keçirildiyi bildirilib.
Paylaşımda qeyd olunub ki, Azərbaycan həlak olanların ailələrinə, eləcə də Səudiyyə Ərəbistanı Krallığının hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir.
Xəbər 59 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR