Ermənistan parlamentinin yeni sədri o olacaq - FOTO

Ermənistan parlamentinin yeni sədri o olacaq - FOTO

Ermənistan parlamentinin spikeri vəzifəsinə rəsmi namizəd müəyyənləşib.
 
 Aktual.az xəbər verir ki, baş nazir Nikol Paşinyan iyunun 25-də "Mülki müqavilə” partiyasının idarə heyətinin iclasından sonra jurnalistlərə açıqlamasında Ruben Rubinyanın bu vəzifəyə namizəd seçildiyini bildirib.

Paşinyan qeyd edib ki, qapalı və gizli səsvermə nəticəsində Ruben Rubinyan digər rəqibləri Alen Simonyan və Hayk Konjoryanı geridə qoyaraq Milli Assambleyanın spikeri postuna namizəd kimi təsdiqlənib.

Siyasi kulislərdə yayılan məlumatlara görə, hazırkı spiker Alen Simonyanın Ermənistan prezidenti postuna namizədliyi irəli sürüləcək. Vaaqn Xaçaturyanın isə səhhəti ilə bağlı vəzifəsindən ayrılacağı və bundan sonra baş müşavir qismində Nikol Paşinyanla birgə çalışacağı iddia edilir.
Ermənistan parlamentinin yeni sədri o olacaq
Xəbər 172 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR