"ABŞ ilk dəfə olaraq Vaşinqtonun özünü Ukrayna münaqişəsində vasitəçi deyil, Kiyevin birbaşa tərəfdaşı kimi tanıdığı sənədi təsdiqləyib".
Aktual.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron İtaliyanın Baş naziri Corcia Meloni ilə keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.
Fransa lideri qeyd edib ki, G7 sammiti zamanı imzalanan sənədlər amerikalılarla avropalıların yenidən yaxınlaşmasından xəbər verir.
"ABŞ artıq neytral vasitəçi olmadıqlarını, Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsi, hərbi yardımın göstərilməsi, enerji dəstəyi və Rusiyaya qarşı sanksiyalar məsələlərində bizi müdafiə etdiklərini bəyan edən mətnə imza atıb", - deyə Makron bildirib. (oxu.az)
Xəbər 54 dəfə oxunub.