Bakıda daha iki parklanma yeri ləğv edilib

Bakıda daha iki parklanma yeri ləğv edilib

Əhaliyə və şəhərin yol-nəqliyyat infrastruktuna təhlükə yaratdığı üçün “Azəryolservis” ASC tərəfindən Bakı şəhərinin daha iki ərazisində parklanma yerləri ləğv edilib.
Aktual.az “Azəryolservis”ə istinadən bildirir ki, bu, Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən yol ötürücüsünün alt hissəsi və Heydər Əliyev prospekti ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsində (“Şəfa” stadionu) yerləşən avtomobil tunelinin üzəridir.
Sözügedən ərazidən artıq park edilən nəqliyyat vasitələri tam olaraq çıxarılıb. Həmin ərazilərə nəqliyyat vasitələrinin daxil olmasının qarşısını almaq məqsədi ilə beton maneələr qoyulub.
Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanunun 52-ci maddəsinə əsasən, dəmir yolu keçidləri, tunellər, habelə estakadalar, körpülər (əgər həmin istiqamətdə üçdən az hərəkət zolağı varsa) və onların altında dayanma və durma qadağandır.

Xəbər 387 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR