“Türkiyə və Rusiya prezidentləri aprelin 3-də Ankarada görüşəcəklər” – Çavuşoğlu

“Türkiyə və Rusiya prezidentləri aprelin 3-də Ankarada görüşəcəklər” – Çavuşoğlu

"Rusiya ilə regional məsələlərin həllində işbirliyimizi dərinləşdirmək üçün qarşılıqlı iradə mövcuddur”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşdə deyib. O, iki ölkənin dövlət başçılarının dövlətlərarası münasibətlərin və regional problemlərin həllində ortaq iradə göstərdiklərini söyləyib. M. Çavuşoğlu aprelin 3-də Ankarada dövlət başçılarının iştirakı ilə Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının keçiriləcəyini açıqlayıb: "Bugünki görüş də məhz bu toplantının keçirilməsinə hazırlıq məqsədi daşıyır”.
Nazir iki ölkə arasında bütün sahələrdəki münasibətlərin inkişafını müzakirə edəcəklərini söyləyib: "Təbii ki, ikitərəfli münasibətlərdən başqa, regional problemlərin həlli yollarını da müzakirə edəcəyik. Regional məsələlərin həllində işbirliyimizi dərinləşdirmək üçün qarşılıqlı iradə var. Sizin də qeyd etdiyiniz kimi, bölgəmizdə təkcə Suriya problemi mövcud deyil. Digər problemlər də mövcuddur. Bu problemlər barəsində fikir mübadiləsi aparacağıq”.

Aktual.az
Xəbər 141 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR