Obama cütlüyü şou proqram aparacaq

Obama cütlüyü şou proqram aparacaq

ABŞ-ın keçmiş prezidenti Barak Obama aktual ictimai-siyasi problemlərə həsr olunacaq şou proqram hazırlamaq üçün "Netflix" şirkəti ilə danışıqlar aparır. 

Aktual.az lent.az-a istinadən xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Proqramın formatı hələlik müəyyən edilməyib və danışıqlar ilkin mərhələdədir. Şouda 44-cü prezidentin həyat yoldaşı Mişel Obamanın da iştirakı nəzərdə tutulur. Mənbələr dəqiqləşdirib ki, B. Obama verilişdə indiki prezident Donald Trampın fəaliyyətini şərh etmək niyyətində deyil. Onun daha çox ruhlandırıcı mövzulara üstünlük verəcəyi bildirilir. Əsas mövzular Obamanın prezidentliyi dövründə də aktual yer tutmuş səhiyyə islahatı, miqrasiya, iqlim dəyişiklikləri, seçki hüququ ola bilər. Bundan başqa, Mişel Obamanın 1-ci ledi kimi fəaliyyət göstərdiyi vaxtlarda əsas maraq göstərdiyi sahə olan sağlam qidalanma məsələsinə də diqqət yetiriləcək.  
"Öz həyatları boyunca onlar dünyanı yaxşı istiqamətdə dəyişməyə çalışan, lakin kölgədə qalmış insanlar barədə tarixçələrə üstünlük veriblər. Gələcək planlarını nəzərdən keçirərkən Obama cütlüyü öz hekayəsini bölüşməyə çalışan insanlara köməyin yeni üsullarını axtarmağa davam edir", - deyə sabiq prezidentin baş məsləhətçisi Erik Şults bildirib.
Hələlik "Netflix"in Obama cütlüyünə nə qədər pul ödəyəcəyi məlum deyil. Bəzi mənbələr öz video xidmətləri olan "Apple" və "Amazon"un da Obama ilə əməkdaşlığa maraq göstərdiyini deyiblər.
Qeyd edək ki, "Penguin Random House" yayım evi Obama cütlüyünə öz xatirələrini 2 ayrı kitab halında yazmaları müqabilində 65 milyon dollar təklif edib.
Xəbər 404 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR