Marqvelaşvili: "Gürcüstan NATO-ya üzv olmağa layiqdir"

Marqvelaşvili:

"Gürcüstanın NATO-ya daxil olması alyansın və ümumilikdə Avropanın sabitliyini möhkəmləndirə bilər".

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Gürcüstan Prezidenti Georgi Marqvelaşvili bəyan edib.
Dövlət başçısı Brüsselə səfəri zamanı "Azadlıq Radiosu"na müsahibəsində bildirib: "Biz alyansa daxil olmaq istəyirik, buna layiqik və bunun üçün hər şeyi edirik".

G.Marqvelaşvili qeyd edib ki, Gürcüstandan asılı olan bir çox amillər, o cümlədən, ticarət əlaqələri, Qərblə Şərqi birləşdirən əsas ticarət marşrutları, Qara dəniz regionunun sabitliyi məsələsi var: "Bu Avropa və Avroatlantik amillərdir və Gürcüstanın daxil edilməsi çox vacibdir".
Qeyd edək ki, Gürcüstan Prezidenti Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə də görüş keçirib.
Xəbər 312 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR