Liviya sahillərində 335 miqrant xilas edildi

Liviya sahillərində 335 miqrant xilas edildi

Liviya Hərbi-Dəniz Qüvvələri ötən gün Aralıq dənizində 335 miqrant xilas edib.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bu barədə Hərbi-Dəniz Qüvvələrinin komandanı Əyyub Qasım bildirib.  
"Miqrantlar Misir, Mərakeş və Əlcəzair daxil olmaqla bir neçə Afrika və ərəb ölkələrinin vətəndaşlarıdır", - deyə komandan bildirib.  
Onun sözlərinə görə, ümumilikdə, martın 10-da üç xilasetmə əməliyyatı keçirilib.  
Miqrantlar paytaxt Tripolidəki hərbi dəniz bazasına gətirib.  
Qaçqınlara tibbi yardım göstərildikdən sonra onlar Tripolidəki qanunsuz miqrasiya ilə mübarizə departamentinə aparılıblar.   
Xəbər 493 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR