Azərbaycan 4 milyard borc alır

Azərbaycan 4 milyard borc alır

Beynəlxalq Valyuta Fondu və Dünya Bankının ucuz neft qiymətləri ilə mübarizə aparan Azərbaycana 4 milyard dollarlıq yardım paketi ayırmağı nəzərdən keçirir.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Financial Times” qəzeti yayıb. Belə ki, yerli hökümətin müraciəti əsasında “potensial texniki yardım” məsələsini müzakirə etmək üçün Fondun və Dünya Bankının nümayəndə heyətlərinin yanvarın 28-dən Fevralın 4-ə kimi Bakıda görüşlər keçirəcək.

Bu iki iri maliyyə institutundan savayı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və digər qurumların da Bakıya nümayəndələrini göndərəcəyi yazılır. Qəzetdə həmçinin Azərbaycanın əsasən neft və qazın ixracatından gəlir gətirdiyi və mövcud bazar qiymətlərinin Azrəbaycanda valyuta böhranı yaratdığı qeyd olunur.

Xəbər 482 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR