Yer kürəsinə Xeops ehramı böyüklüyündə asteroid yaxınlaşır.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, Yer kürəsindən 7,5 milyon kilometr məsafədən keçəcək asteroid "potensial təhlükə" hesab olunur.
Asteroidin ölçüsü 70-160 metr diametrindədir. Alimlərin hesablamalarına görə, asteroid saniyədə 9 kilometr sürətlə hərəkət edir və avqustun 29-da planetimizə ən yaxın məsafədən keçəcək.
Qeyd edək ki, yaxın 100 il ərzində Yer kürəsinin asteroidlə toqquşma ehtimalı sıfıra bərabərdir.
Aktual.az
Xəbər 1387 dəfə oxunub.