Bu gün səhər saatlarından İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) Kürdüstan əyalətinin bir neçə bölgəsinə çoxsaylı hərbçi və ağır hərbi texnika yerləşdirir.
Aktual.az xəbər verir ki, bu barədə "Azad İran” Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, qonşu əyalətlərdən Sənəndəc, Kamyaran, Sərvabad, Mərivan və Banə şəhərlərinə orta və ağır silahlarla təchiz edilmiş hərbi texnika karvanları göndərilib.
Digər tərəfdən, Kamyaran şəhərindəki mənbələr SEPAH-ın "Saberin” xüsusi təyinatlı bölməsinin yüzlərlə hərbçisinin dağlıq Şahu bölgəsinə yerləşdirildiyini qeyd ediblər.
Bundan əlavə, SEPAH-ın kəşfiyyat heyətinin Urmiyadakı "Həmzə Seyid əş-Şühəda” hərbi bazasından Sənəndəcdəki "Beyt əl-Müqəddəs” bazasına köçürüldüyü barədə məlumatlar yayılıb.
Xəbər 70 dəfə oxunub.