Dünyada bu virusa yoluxan ilk insan öldü - Təhlükə yayılır

Dünyada bu virusa yoluxan ilk insan öldü - Təhlükə yayılır
  • DÜNYA

Fransada "Şamonda" virusuna insanın yoluxması qeydə alınıb. Bu, dünyada sözügedən xəstəliyin insanda aşkarlandığı ilk sənədləşdirilmiş haldır. Virusa yoluxan şəxs həyatını itirib.

Aktual.az xəbər verir ki, bu barədə Fransanın Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Reuters” agentliyinin Fransa rəsmilərinə istinadən yaydığı məlumata görə, xəstə vəfat edib.

"Şamonda" virusu (SHAV) heyvanlarda yoluxucu xəstəliyə səbəb olan, Orthobunyavirus cinsinə və Simbu seroqrupuna aid virusdur. Eyni seroqrupa Şmallenberq və Akabane xəstəliklərinin törədiciləri də daxildir.

Virus əsasən Culicoides cinsinə aid qansoran xırda həşəratların dişləməsi ilə yayılır və daha çox iribuynuzlu heyvanları yoluxdurur. Virus ilk dəfə 1960-cı illərdə Nigeriyada aşkar edilib.
Ətraflı
Ad - 00:05

Fransanın Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, hazırda virusun ət, süd və ya onların emalı nəticəsində əldə edilən məhsulların istehlakı vasitəsilə insana keçdiyini təsdiqləyən elmi məlumat yoxdur. Bununla belə, yoluxmuş heyvanlardan əldə edilən məhsullar istehlakdan çıxarılır.

"Virus haqqında hazırda mövcud olan biliklər nəzərə alınmaqla, ümumilikdə əhalinin sağlamlığı üçün risk müəyyən edilməyib”, – deyə nazirliyin açıqlamasında qeyd olunub.

Bununla yanaşı, "Şamonda" virusuna qarşı hazırda nə peyvənd, nə də antiviral preparat mövcuddur. Virusun yayılmasına qarşı ən effektiv tədbir heyvan sürülərinin xəstəliyi daşıyan həşəratlardan qorunması hesab olunur.
Xəbər 56 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR