Xüsusi qərargah: Neftçilərin axtarış miqyası genişləndirilib

Xüsusi qərargah: Neftçilərin axtarış miqyası  genişləndirilib

Bu gün səhər saatlarından başlayaraq "Günəşli" yatağında itkin düşmüş neftçilərin axtarışları yenidən bərpa edilib.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, dekabrın 4-də "Günəşli" yatağında baş vermiş qəza ilə əlaqədar yaradılmış xüsusi qərargahdan  verilən məlumata görə, axtarışlarda Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidmətinin şəxsi və texniki heyəti iştirak edir. Ümumilikdə axtarışlara 8 gəmi, 13 helikopter, 1 təyyarə və dalğıclar cəlb edilib.

Qərargahdan qeyd ediblər ki, itkin düşmüş neftçilərin axtarış miqyası daha da genişləndirilib. Xəzər ətrafı qonşu ölkələrə müraciət olunub və həmin ölkələrin sərhəd sularında da axtarışlar aparılır.

Xəbər 322 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR