Xoşqədəmin verilişində dəyişiklik -efir müddəti 1 saat azaldıldı

Xoşqədəmin verilişində dəyişiklik   -efir müddəti 1 saat azaldıldı

ANS telekanalında aparıcı Xoşqədəm Hidayətqızının təqdimatında yayımlanan “Deməsək olmaz” verilişinin formatında və efir vaxtında dəyişiklik edilib.


Aktual.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə verilişin prodüseri məlumat verib. Verilişin efir müddəti 1 saat azaldılıb. Belə ki, X.Hidayətqızı həftə içi 5 gün saat 14:00-dan 15:00-dək efirdə olacaq. Proqramın formatı isə dəyişdirilərək, sırf qadınlar üçün yayımlanacaq. Verilişdə maksimum 3 qonaq olacaq.

Xəbəri ANS Şirkətlər Qrupu prezidentinin mətbuat məsələləri üzrə müşaviri Mais Məmmədov da təsdiqləyib.

Xatırladaq ki, “Deməsək olmaz” verilişi əvvəllər 2 saat 20 dəqiqə yayımlanırdı.

Xəbər 429 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR