Xadimə paltarı geyinən qadın xəstələrin əşyalarını oğurladı (FOTO)

Xadimə paltarı geyinən qadın xəstələrin əşyalarını oğurladı (FOTO)

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında oğurluq etdiyi bildirilən qadının görüntüləri yayılıb.

Aktual.az xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdə şəhərdə Travmatologiya Xəstəxanası kimi tanınan xəstəxanada özünü sanitar kimi göstərən qadının həkim otaqlarından xeyli pul, qızıl və sair əşyalar oğurladığı qeyd edilib.

Belə ki, ağzını maska ilə örtmüş, eynək taxmış qadın xadimə geyimində özünü xəstəxana əməkdaşı kimi göstərib və otaqları bir-bir gəzərək əlinə keçən qiymətli əşyaları oğurlayıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Qafqazinfo”ya bildirilib ki, hazırda yayılmış görüntülərlə bağlı araşdırma aparılır. Polis baş leytenantı Nurlan Əliyev bildirib ki, Sumqayıt ŞPİ-də araşdırma aparılır: "Hadisəni törədən şəxsin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində zəruri tədbirlər həyata keçirilir”.
Xəbər 375 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR