Türkiyədə avtobus uçuruma düşdü: 6 ölü, 74 yaralı

Türkiyədə avtobus uçuruma düşdü: 6 ölü, 74 yaralı
  • DÜNYA

Türkiyədə daha bir avtobus qəzası baş verib. 

"Report” "Hürriyet”ə istinadən bildirir ki, Konya-Afyonkarahisar avtomobil yolunda avtobusun aşması nəticəsində 38 nəfər yaralanıb. 
Yaralılardan 7-sinin vəziyyəti ağırdır. 
İlkin məlumata görə, hadisə güclü qar yağması və şaxta nəticəsində yolların buz bağlaması səbəbindən baş verib.

*** 
Türkiyədə avtobusun qəzaya uğraması nəticəsində 6 nəfər ölüb, 20 nəfər yaralanıb.

"Report” "Haberturk”ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında ölkənin Muş ilə Bingöl əyalətinin Solhan kəndi ərazisində baş verib.
Avtobus Hatay şəhərindən Muşa doğru gedirmiş. 
Qəza nəticəsində yaralananlar xəstəxanaya yerləşdirliblər. Hadisənin səbəbi araşdırılır.
***
Türkiyənin Sivas əyalətinin Koyulhisar rayonunda dəfn mərasiminə gedən avtobusun aşması nəticəsində isə 16 nəfər yaralanıb.



Xəbər 118 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR