Ermənistanın baş naziri Nikol Paşinyan fermerlərə Rusiyaya çatdıra bilmədikləri məhsulun müqabilində pul ödəyəcəyinə söz verib.
Aktual.az xəbər verir ki, bu barədə "RİA Novosti" nəşri məlumat yayıb.
"Əgər bibər xarab olarsa, mən onun pulunu ödəyəcəyəm, hökumət də onun pulunu ödəyəcək. Lakin bütün bunların nəticəsində həm Ermənistanda bibər istehsalı, həm də ixrac artacaq", - nəşr Paşinyandan sitat gətirib.
Xəbər 51 dəfə oxunub.