Türkan Şoray başsağlığı verib - “Günəşli“ faciəsi ilə bağlı

Türkan Şoray başsağlığı verib - “Günəşli“ faciəsi ilə bağlı

Türkiyənin tanınmış aktrisası Türkan Şoray dekabrın 4-də güclü tufan nəticəsində “Günəşli” yatağında baş verən və insan tələfatı ilə nəticələnən faciə ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə o, rejissoru olduğu "Uzaklarda arama" filminin Bakıdakı qala gecəsindən sonra keçirilən mətbuat konfransında bildirib.

Jurnalistlərin suallarını cavablandıran türkiyəli aktrisa, Azərbaycanda filmə çəkilmək arzusunda olduğunu, həmçinin azərbaycanlı həmkarları ilə birgə layihə həyata keçirmək istədiyini diqqətə çatdırıb.

O, həmçinin 1978-ci ildə rejissor Əjdər İbrahimovun "Məhəbbətim mənim, kədərim mənim" filmində Məhin Banu obrazını canlandırdığını da xatırladıb. 

Aktual.az

Xəbər 478 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR