Ötən il 131 şagird qızıl medala layiq görülüb

Ötən il 131 şagird qızıl medala layiq görülüb

“Keçən il qəbul olunan qərarla şagirdlərin sinifdən-sinfə keçməsi ilə bağlı 15 -dən çox müraciət daxil olub”.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin məktəbəqədər və ümumtəhsil şöbəsinin umumtəhsil sektorunun baş məsləhətçisi Gülarə Xudiyeva deyib. O, bildirib ki, hər il orta məktəbi 5-lə bitirən şagirdlərin sayı 5-6 min olur:

“Nazirliyin medal verdiyi şagirdlərin sayı isə 200-dən artıq olmur. Bəzən valideynlər narazılıq edir ki, övladı məktəbi 5-lə bitirib niyə onun uşağına qızıl medal verilmir?. Çünki qızıl və gümüş medal almağın şərtləri var. İlk növbədə şagirdin atesstat qiymətlərinin 75%-i əla olmalıdır. Şəhadətnaməsində 3 qiyməti olmamalıdır. Cari illərdə aldığı qiymətlərin 75%-i 5 olmalıdır. Respublika fənn olimpiadalarının yekun turunda yer tutmalıdır. Ölkə və beynəlxalq yarışlarda mükafata layiq görülməlidir”.

G.Xudiyeva onu da bildirib ki, keçən il Azərbaycan respublikası üzrə 131 şagird qızıl medala layiq görülüb: “Qızıl və gümüş medal alanların 69 nəfəri Bakı, 83 nəfəri isə bölgə məktəblərini təmsil edir. Onların 135 nəfəri dövlət, 17 nəfəri özəl məktəblərdə təhsil alıb. Medal sahiblərinin 75 nəfəri oğlan, 77 nəfəri qızdır. Şagirdlər qiymətləndirilərkən, ilk növbədə təhsil zamanı şagirdin göstərmiş olduqları yüksək nəticələr, nümunəvi davranışı, eləcə də müxtəlif beynəlxalq olimpiadalarında əldə etdikləri uğurlar nəzərə alınır”.

Xəbər 356 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR