Təhsil Nazirindən imtahan əmri

Təhsil Nazirindən imtahan əmri

Təhsil naziri Mikayıl Cabbarov “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmr imzalayıb.


Aktual.az Lent.az-a istinadən xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əmrə əssən, ali təhsil müəssisələrində 2015-2016-cı tədris ilinin payız semestrinin imtahan sessiyasını (bundan sonra imtahan sessiyası) mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə ali təhsil müəssisələrinin rəhbərlərinə imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etmək, rəhbərlik etdikləri ali təhsil müəssisələrində imtahan qərargahı yaradıb qərargaha daxil olan hər bir şikayətin qısa müddətdə operativ şəkildə araşdırılmasını təmin etmək, imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görmək, imtahan sessiyasında şəffaflığı təmin etmək üçün imtahanlarda ictimaiyyətin və valideynlərin iştirakına şərait yaratmaq, imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat vermək, Təhsil Nazirliyi tərəfindən imtahan sessiyasının monitorinqinin aparılması üçün lazımı şəraitin (otağın ayrılması, telefonla təchiz edilməsi) yaradılmasını təmin etmək tapşırılıb və diqqətlərinə çatdırılıb ki, rəhbərlik etdikləri ali təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar.
Elm və ali təhsil və Daxili nəzarət şöbələrinə isə, ali təhsil müəssisələrində imtahan sessiyasının monitorinqini təşkil etmək, imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində ali təhsil müəssisələrində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdıraraq onların yerində həll edilməsini təmin etmək və bu hallara yol vermiş şəxslər müəyyənləşdirilərək onlar barəsində tədbirlərin görmək və nəticəsi barədə Nazirliyi məlumatlandırmaq, ali təhsil müəssisələrində payız semestrinin imtahan sessiyalarının nəticələrini təhlil edib müvafiq arayışları müzakirəyə təqdim etmək tapşırılıb.
Əmrə əsasən, Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri (Cəsarət Valehov) Nazirliyin «Qaynar xətt» xidmətinin fəaliyyəti və imtahan sessiyasının gedişi barədə kütləvi informasiya vasitələrinə müntəzəm olaraq məlumat verilməsini təmin etmək tapşırılıb.
Qeyd edək ki, nazir Mikayıl Cabbarov əmrin icrasına nəzarəti şəxsən öz üzərinə götürüb.

Xəbər 645 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR