Şəhidimizin adına mükafat təsis edildi - FOTO

Şəhidimizin adına mükafat təsis edildi   - FOTO

Cəbhənin Tərtər istiqamətində hərbi xidmətini yerinə yetirərkən şəhid olmuş məzunumuz Qurbanlı Fəxrəddin Seyfəddin oğlunun adına mükafat təsis olunub.

Aktual.az APA-ya istinadən bildirir ki, Azərbaycan Universitetindən verilən məlumata görə, bu barədə Azərbaycan "Hüquq Dünyası" Hüquqi Təbliğat İctimai Birliyinin sədri Nazir Quliyev məlumat verib.

N.Quliyev qeyd edib ki, "Hüquq Dünyası" Hüquqi Təbliğat İctimai Birliyi tərəfindən "Şəhid Sosial İşçi Fəxrəddin Qurbanlı" mükafatı təsis olunub. Mükafat hər il aprel ayının 9-da Sosial iş sahəsində uğurlu fəaliyyət göstərən insanlara veriləcək.

Azərbaycan ordusunun şəhid olmuş əsgəri Fəxrəddin Qurbanlı 1994-cü ildə Bakı şəhərində anadan olub. 2015-ci ildə Azərbaycan Universitetinin Sosial iş fakültəsini üçüncülüklə bitirib.

Şəhidimizin

Şəhidimizin

Şəhidimizin

Xəbər 459 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR