Qız uşaqlarına görə 10 min manat gələn ildən verilə bilər

Qız uşaqlarına görə 10 min manat gələn ildən verilə bilər

“2016-ci ildən başlayaraq 2-ci, 3-cü qız uşaqlarına görə kompensasiyaların veriləməsi reallaşa bilər”.


Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə iqtisadçı-alim Vüqar Bayramov məlumat verib. Bildirib ki, kompensasiyaların verilməsi dövlətin gündəmindədir: “2-ci və 3-cü qız uşaqlarına görə kompensasiyanın verilməsi məsələsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müzakirə olunması və dövlət proqramında nəzərə alınacağı nazirlik tərəfindən rəsmi olaraq təsdiqləndi. Artıq bununla bağlı açıqlama da verildi. Qız uşaqlarının ana bətnində öldürülməsinin qarşısını almaq lazımdır. Həmçinin qız uşaqlarının sayı azaldığına görə valideynlərin stimullaşdırılmasına ehtiyac var. Nazirliyin bu cür açıqlama verməsi praktiki olaraq bundan xəbər verir ki, bizim nazirlikdə apardığımız müzakirələrə uyğun olaraq kompensasiyaların verilməsi dövlətin gündəmindədir.

Onun sözlərinə görə, qız uşaqları üçün müəyyən olunmuş vəsait mərhələli şəkildə veriləcək: “Biz kompensasiyanın birdəfəlik deyil, mərhələli şəkildə verilməsinin tərəfdarıyıq. Söhbət 2-ci qız uşağına görə 10 min manatın verilməsindən gedir. Belə ki, qız dünyaya gələn zaman valideynləri vəsaitin bir hissəsini, orta məktəbə gedən zaman bir hissəsini, universitetə daxil olanda isə digər hissəsini alacaq. Həmin vəsaitlər qızın adına açılmış bank hesabına köçürülməlidir. Nazirliyin rəsmi olaraq açıqlama yaymasından sonra güman olunur ki, ödəniş və digər məsələlər razılaşdırılıb. Əgər razılaşma olmasaydı bu məsələnin rəsmi olaraq qəbul olunması bəyan edilməzdi”.

Vüqar Bayramovun fikrincə, bu məsələnin yaxın zamanlarda realllaşması gözləniləndir: “Hesab edirəm ki, bu məsələnin dəstəklənməsi və dövlət proqramına daxil edilməsi ondan xəbər verir ki, Azərbaycanda qız uşaqları ilə oğlanlar arasında balansın qorunması üçün bu kompensasiyasının verilməsi yaxın vaxtlarda reallaşdırılacaq. Bu məsələ rəsmi status alacaq. Proqram 2015 və 2020-ci illəri əhatə etməsini nəzərdə tutur. Amma proqramın tətbiq edilməsi 2016-ci ildən həyata keçiriləcək. Nazirliyin də məlumatına görə, bu məsələ proqrama daxil ediləcək. Sonra isə 2016-ci ildən başlayaraq bunun reallaşması mümkün olacaq.”

Xəbər 637 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR