Qeyri-obyektiv məlumatlar yayımlayan xarici telekanallar diqqətimizdədir - MTRŞ

Qeyri-obyektiv məlumatlar yayımlayan xarici telekanallar diqqətimizdədir   - MTRŞ

“Son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verənlərlə bağlı qeyri-obyektiv məlumatlar yayımlayan xarici telekanallar Milli Televiziya və Radio Şurasının (MTRŞ) diqqətindədir”.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bunu MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədov deyib. O bildirib ki, xarici telekanallarda qeyri-obyektiv məlumatların yayımlanması davam edərsə, həmin telekanalların Azərbaycanda kabel şəbəkəsi yayımı ilə məşğul olan operatorların siyahısından çıxarılması məsələsinə baxıla bilər.

Qeyd edək ki, bir neçə Rusiya televiziyası, habelə bu ölkənin NTV telekanalı Azərbaycana qarşı təxribata əl atıb. Telekanal Azərbaycanın cəbhə bölgəsində lentə alınan kadrları Ermənistan tərəfinə aid edib, eyni zamanda qondarma “Dağlıq Qarabağ Respublikası”nın Moskvadakı nümayəndəsi Albert Andryandan açıqlama alıb. Digər Rusiya televiziyaları isə öz xəbərlərində əsasən erməni tərəfinin qeyri-obyektiv məlumatlarına istinad edir.

Xəbər 335 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR