Qənirə Paşayevanın Laçın küçəsi və Qarabağ parkı təklifi dəstəkləndi

Qənirə Paşayevanın Laçın küçəsi və Qarabağ parkı təklifi dəstəkləndi

Millət vəkili Q. Paşayevanın İncirliovada Laçın küçəsi və Qarabağ parkı təklifini bələdiyyə başqanı dəstəkləyib

Türkiyənin Aydın bölgəsində Azərbaycan-Türkiyə münasibətləri, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konfrans verməyə gedən millət vəkili Qənirə Paşayeva İncirliova bələdiyyə başqanı Kürşat Kale ilə görüşüb. Görüş zamanı Azərbaycan ilə Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim İncirliovanın da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirən millət vəkili Qənirə Paşayeva bələdiyyə başqanı ilə Dağlıq Qarabağ problemi, Xocalı Soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda İncirliovanın mərkəzi küçələrdən birinə Laçın, mərkəzi parklardan birinə Qarabağ adının veriləcəyinə inandığını deyib və İncirliova bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Azərbaycanı çox sevdiyini, bir neçə dəfə səfər etdiyini və bələdiyyə başkanlığından öncə iş ilə bağlı bir neçə ay Azərbaycanda yaşadığı deyən İncirliova bələdiyyə başqanı Kürşat Kale Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq İncirliova bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyərək qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Qarabağ problemi, Xocalı ağrısı hər zaman bizim də problemimiz və ağrımızdır deyən İncirliova bələdiyyə başqanı Kürşat Kale hər zaman qardaş Azərbaycanın yanındayıq deyib və millət vəkili Qənirə Paşayevanın İncirliovada Laçın küçəsi və Qarabağ parkı təkliflərini müsbət qiymətləndirdiyini deyərək bu təkliflərə qısa zamanda mütləq baxılacağını və həllini tapacağını deyib. Bələdiyyə başqanına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan Qənirə Paşayeva kitabın növbəti hissələrində qədim İncirliovanın da yer alacağını bildirib və Azərbaycan insanına İncirliovanı daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək deyib. Millət vəkili İncirliova bələdiyyə başqanı Kürşat Kale və xanımını Azərbaycanda yenidən görməkdən məmnun olacaqlarını bildirərək onları ölkəmizə dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul edən İncirliova bələdiyyə başqanı Kürşat Kale Azərbaycana məmuniyyətlə səfər etmək və əməkdaşlığı daha da genişləndirmək istədiklərini deyib. Görüş zamanı son günlər bölgədə daha da gərginləşən vəziyyət, Türk dünyasının müxtəlif bölgələrində yaşayan soydaşlarımızın acı və üzüntüləri ətrafında da müzakirələr aparılıb. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva İncirliova bələdiyyə başqanı Kürşat Kaleyə həmmüəllifi olduğu “Hocalı soykırımı tanıkların dilindən”, “Karabağ hikayeleri” kitablarıını, Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətlərini özündə əks etdirən kitablar, filmlər hədiyyə edib. O da millət vəkilinə qədim İncirliovanın tarixi, mədəniyyəti ilə bağlı kitablar, materialları hədiyyə edib. Görüşdə İzmirdə fəaliyyət göstərən Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin rəhbəri Asif Qurban, üzvləri Cavid Əliyev və Nigar Selcan Yusuf da iştirak edib və bir sıra fikir və təkliflər ərtafında geniş fikir mübadiləsi aparılıb.

Xəbər 426 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR