Qarabağ və Şərqi Zəngəzurda bütün rayon və şəhərlər elektrik enerjisi ilə təchiz olunub.
Aktual.az xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyində Oxçuçay çayı üzərində "Azərenerji” ASC tərəfindən inşası həyata keçirilən "Şayıflı”, "Sarıqışlaq”, "Zəngilan” və "Cahangirbəyli” kiçik su elektrik stansiyalarının (KSES) binasının, suqəbuledicisinin və basqılı su borusunun tikintisi məqsədilə "Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” hesabatına dair keçirilən ictimai dinləmədə "Azərenerji" prezidentinin müşaviri Vüqar Əliyev deyib.
"Belə ki, 11 ədəd 110 kilovoltluq, bir ədəd 330 kilovoltluq yarımstansiya tikilib. İdarəetmə mərkəzləri yaradılıb, 600 kilometrdən artıq xətt çəkilib. İşğaldan azad edilmiş ərazilərdə 11 su elektrik stansiyası yenidən qurulub”, - Vüqar Əliyev qeyd edib.
Onun sözlərinə görə, işğalçılar tərəfindən ərazilərdə dağıdılaraq yaranmaz hala salınmış 29 stansiyanın ümumi gücü 135,8 MVt təşkil edib, bunlarda 11 ədədi (53,6 MVt gücündə) bərpa olunub və istifadəyə verilib.
Vüqar Əliyev onu da əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə 237,55 MVt gücündə 38 yeni su elektrik stansiyasının tikintisi təklif olunur.
"Azerenerji”nin nümayəndəsi onu da əlavə edib ki, SES-lər üzrə layihələr hazırlandıqda su resurslarından səmərəli istifadə, tələbatçıların su da olan tələbatının təmin olunması, ekoloji normaların qorunması və kinetik enerjisindən istifadə edərək elektrik enerjisinin istehsalı məqsədləri nəzərə alınır.
Xəbər 553 dəfə oxunub.