Neftçilərin axtarışları nə yerdədir?

Neftçilərin axtarışları nə yerdədir?

“Günəşli” yatağında baş verən hadisə zamanı itkin düşən neftçilərin axtarışları davam etdirilir.

Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) 5 gəmisi beş istiqamət üzrə genişmiqyaslı axtarışlara başlayıb.

Bu barədə “Azneft” İstehsalat Birliyindən (İB) məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin 2 helikopteri, 1 təyyarəsi axtarışları davam etdirir.

Axtarışlar hələlik heç bir nəticə verməyib.

Qeyd olunub ki, hazırda “Günəşli” yatağında yanğın davam edir və yanğının söndürülməsi ilə 3 gəmi məşğuldur. Hava şəraiti ilə əlaqədar dalğa yüksək olduğundan Fövqəladə Hallar Nazirliyinin 2 gəmisi gözləmə mövqeyindədir. ABŞ-dan gələn mütəxəssislərin xüsusi qurğuları “Şıxlınski” gəmisi üzərində qurulur.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağında faciə baş verib. Hadisə zamanı 33 nəfər xilas edilib, 7 nəfər həlak olub.

Hazırda 23 nəfərin axtarışı davam etdirilir.

Xəbər 437 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR