Nardaranda Hüseyniyyə məscidi bağlandı

Nardaranda Hüseyniyyə məscidi  bağlandı

Nardaran qəsəbəsində yerləşən Rəhimə xanım ziyarətgahının Hüseyniyyə məscidi bağlanıb.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Nardaran sakinləri məlumat verib.

Sakinlər bildiriblər ki, Hüseyniyyə məscidi Nardaran ziyarətgahının axundu Hacı Nuhbala Rəhimovun həbsindən sonra bağlanılıb. Məlumata görə, özünü “Müsəlman birliyi hərəkatı” adlandıran qurumun üzvləri bu məsciddə namaz qılırmış.

Xatırladaq ki, Nardarandakı Rəhimə xanım ziyarətgahının axundu Hacı Nuhbala Rəhimov bir neçə gün öncə Nardaran hadisələrində təqsirli bilinərək Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq barəsində Sabunçu rayon Məhkəməsinin qərarı ilə 12 sutkalıq həbs qətimkan tədbiri seçilib.

Xəbər 536 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR