Nardaran ziyarətgahının axundu həbs edildi

Nardaran ziyarətgahının axundu həbs edildi

Nardaranda daha bir nəfər hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Nardaran sakinləri məlumat verib. Məlumatda bildirilir ki, Nardarandakı Rəhimə xanım Ziyarətgahının axundu Hacı Nuhbala Rəhimov da polis tərəfindən saxlanılıb. Bildirilir ki, N.Rəhimov ziyarətgahda saxlanılaraq Sabunçu rayon Polis İdarəsinə aparılıb və Sabunçu rayon Məhkəməsinin qərarı ilə barəsində 12 sutkalıq həbs qətimkan tədbiri seçilib.

Sakinlər bildiriblər ki, axund da Nardaran hadisələrinə görə saxlanılıb.

Xəbər 447 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR