Müdafiə naziri: "Ordumuz şəhidlərin qisasını alacaq"

Müdafiə naziri:

"Biz həqiqəti deməliyik. Yüz illər boyu ermənilər azərbaycanlılara qarşı cinayətlər törədiblər. Biz bunun qarşısını almalıyıq".


Aktual.az-ın "Report"a istinadən xəbərinə görə, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşunların təmas xəttində Ermənistanın hücumunu dəf edərkən şəhid olan pilotlar - mayor Təbriz Musazadə, mayor Ürfan Məmmədzadə, baş leytenant Bəkir İsmayılov və Silahlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasimində çıxışında deyib.
"Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycan ordusunda döyüş ruhu var. İnanıram ki, ordumuz şəhidlərin qisasını alacaq, ərazi bütövlüyümüzü bərpa edəcəklər", - nazir vurğulayıb.

Xəbər 412 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR