Kəmalənin cənazəsi bu gecə Bakıya gətiriləcək

Kəmalənin cənazəsi bu gecə Bakıya gətiriləcək

Somalinin paytaxtı Moqadişo yaxınlığında mikroavtobusa hücum nəticəsində dünyasını dəyişmiş azərbaycanlı Kəmalə İsmayılovanın cənazəsi bu gecə Azərbaycana gətiriləcək.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə  mərhumun yaxınları məlumat veriblər.

Məlumata əsasən, cənazə artıq İstanbuldadır və meyitin Bakıya gətirilməsi üçün hazırlıqlara başlanıb. K.İsmayılovanın cənazəsi aprelin 2-də İstanbul hava limanından J-28080 İstanbul-Bakı aviareysi ilə Bakı vaxtı ilə saat 23:30-da paytaxtımıza yola salınacaq.

Aprelin 3-də Göyçay rayonunun Ləkçıplaq kəndində dəfn mərasimi keçiriləcək.

Xəbər 1503 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR