İtkin düşmüş neftçilərin axtarışları davam etdirilir

İtkin düşmüş neftçilərin axtarışları davam etdirilir

Bu gün günorta saatlarından başlayan külək itkin düşmüş neftçilərin axtarışlarına maneə yaratmır.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd ediblər ki, "Günəşli" yatağındakı qəza nəticəsində itkin düşmüş neftçilərin axtarışları hava şəraitindən asılı olmayaraq, əvvəlki qaydada davam etdirilir.

Qəza nəticəsində platformada baş vermiş yanğının söndürülməsi istiqamətində də işlər davam etdirilir.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdi. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. Hazırda 23 nəfərin axtarışı davam etdirilir.

Xəbər 387 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR