İtaliyada pasiyentlərdən birinə eyni vaxtda dörd orqan köçürülüb

İtaliyada pasiyentlərdən birinə eyni vaxtda dörd orqan köçürülüb

İtaliyanın Turin şəhərindəki klinikaların birində bir pasiyentə eyni vaxtda dörd orqanın köçürülməsi üzrə nadir əməliyyat keçirilib.

AZƏRTAC Rai News 24 telekanalına istinadla xəbər verir ki, xəstəyə iki ağ ciyər, qara ciyər və mədəaltı vəzi köçürülüb. Bu, Avropada ilk belə əməliyyatdır.
Bari şəhərindən olan 47 yaşlı ağır xəstə ağ ciyər köçürülməsi üçün növbəyə dayanmışdı. O, səhhətinin ağırlaşması səbəbindən orqan köçürülmələri üzrə daha mürəkkəb əməliyyatların həyata keçirildiyi Turin şəhərinə aparılıb. Əməliyyat iki həkimlər briqadasının iştirakı ilə 15 saata yaxın davam edib.
Əvvəlcə xəstəyə ağ ciyərlər köçürülüb. Əməliyyatın gedişində pasiyentdə kəskin böyrək çatışmazlığı aşkar edilib və həkimlər böyrəyin və onunla birgə mədəaltı vəzinin köçürülməsini də qərara alıblar. Orqanlar kəllə-beyin zədələnməsi nəticəsində həyatını itirən gənc donordan götürülüb.
Əməliyyatın uğurlu keçdiyi, köçürülən orqanların hələlik normal fəaliyyət göstərdiyi bildirilir.
Xəbər 4060 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR