İlk on yeri tutan müəllimlərin əmək haqqı iki dəfə artırılacaq

İlk on yeri tutan müəllimlərin əmək haqqı iki dəfə artırılacaq

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tətbiq edilən differensial əmək haqqı sistemi ilə əlaqədar yaradılan komissiya işini yekunlaşdırıb.


Aktual.az "Report"a istinadən xəbər verir ki, UNEC-dən verilən xəbərə görə, artıq komissiya tərəfindən sistemə daxil edilən məlumatların yoxlanması prosesi sona çatıb.
Sistem avtomatik olaraq müəllimlər arasında TOP 100 reytinqi müəyyənləşdirib. 2 ay ərzində bu sistemə 143 müəllimin elmi, tədris və özünüinkişaf fəaliyyətləri barədə məlumat daxil edilib.
Sistemin tətbiqində əsas məqsəd professor-müəllim heyəti arasında sağlam rəqabət mühitini formalaşdırmaq, onların işdən məmnunluq səviyyəsini yüksəltmək, eyni zamanda müəllimlərin fərdi və qrup məhsuldarlığını artırmaqdan ibarətdir. Bu da öz növbəsində UNEC-də tədris, elmi-tədqiqat və inzibati fəaliyyətlərin səmərəliliyini və keyfiyyətinın yüksəlməsinə xidmət edəcək.
2015-2016-cı tədris ili üzrə reytinq siyahısında 1-10-cu yerləri tutan müəllimlərin əmək haqqı 2 dəfə artırılacaq. 11-30-cu yerləri tutan müəllimlər üzrə bu göstərici 1,7 dəfə, 31-60-cı yerləri tutan müəllimlər üzrə 1,5 dəfə, 61-100-cü yerləri tutan müəllimlər üzrə 1,2 dəfə təşkil edəcək.
Qeyd edək ki, reytinq sistemi müəyyən edilərkən UNEC-in professor-müəllim heyətinin fəaliyyətinin üç istiqaməti əsas götürülüb. Bura onların elmi, tədris və özünüinkişaf fəaliyyətləri daxil edilib.

Xəbər 442 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR