Gəncədə silahlı insident: Polis əməkdaşı yaralandı - YENİLƏNDİ

Gəncədə silahlı insident: Polis əməkdaşı yaralandı - YENİLƏNDİ

Gəncə şəhərində polis əməkdaşına odlu silahdan atəş açılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib. Gecə saatlarında hələki şəxsiyəti bilinməyən şəxs tərəfindən polis əməkdaşına odlu silahdan atəş açılıb. Polis əməkdaşı ayağından güllə yarası alıb və xəstəxanaya yerləşdirilib. Vəziyyətin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Prakurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
 
****

Gəncə şəhərində işdən evinə qayıdan polis əməkdaşına odlu silahdan atəş açılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə bir neçə gün öncə gecə saatlarında baş verib. 
Belə ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Xüsusi Təyinatlı Bölüyünün serjantı Əhmədov Natiq Camal oğluna Yeni Gəncə qəsəbəsində naməlum şəxs tərəfindən odlu silahdan atəş açılıb. 
Hazırda hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisəni tördən şəxs və ya şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.
Qeyd edək ki, hadisə törədilən zaman N.Əhmədov vəzifə başında olmayıb və mülki geyimdə olub.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Aktual.az
Xəbər 1223 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR