Azərbaycanda prokurorluq əməkdaşı faciəvi şəkildə öldü - FOTO

Azərbaycanda prokurorluq əməkdaşı faciəvi şəkildə öldü - FOTO

Ağdaş rayonunda baş vermiş dəhşətli qəzada ölən şəxsin prokurorluq əməkdaşı olduğu məlum olub.

Lent.az xəbər verir ki, Bakı-Qazax yolunun Ağdaşın Aşağı Ləki kəndindən keçən hissəsində su kanalına aşan "Mercedes”də vəfat edən sürücü, Bakı sakini, 1990-cı il təvəllüdlü Hümbətzadə Oruc Mehbalı oğlu prokurorluq əməkdaşı olub. O, Tovuz rayon Prokurorluğunun müstəntiqi vəzifəsində çalışırmış.

Qeyd edək ki, qəza nəticəsində sürücünün həyat yoldaşı, 1999-cu il təvəllüdlü Hümbətzadə Mənsumə Bəhruz qızı və qızı, 2017-ci il təvəllüdlü Selcan Hümbətzadə ağır xəsarətlər aldığı üçün Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bildirilir ki, qəzaya yağışlı havada yolun sürüşkən olması səbəb olub. Sürücü təhlükəsizlik kəməri taxdığı üçün su kanalına düşən maşından çıxa bilməyib.

Xəbər 2654 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR