Qətər İrana 12 milyard dollar təklif edib?

Qətər İrana 12 milyard dollar təklif edib?

İranın razılığa gəlməsini təmin etmək üçün Qətərin 12 milyard dollar təklif etdiyi barədə iddialar həqiqətə uyğun deyil.
Aktual.az xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyinin rəsmisi Məcid bin Məhəmməd əl-Ənsari X hesabında yazıb.
"Bu məlumatlar ABŞ ilə İran arasında sazişi pozmağa və regionda gərginliyin azaldılması, sabitliyin gücləndirilməsi istiqamətində aparılan diplomatik səyləri sarsıtmağa çalışanlar tərəfindən yayılır”, - Ənsari qeyd edib.
İddialara görə, İran ABŞ ilə danışıqların davam etdirilməsi üçün Qətərdə dondurulan 12 milyard dollarlıq aktivlərin azad olunmasını tələb edib. Qətər isə Tehrana öz vəsaiti hesabına ödəniş etməyə hazır olduğunu bəyan edib.
Xəbər 48 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR