“Gənclər arasında Qərbi Azərbaycanın tarixi-mədəni irsinin təbliği” adlı layihə keçirilib

“Gənclər arasında Qərbi Azərbaycanın tarixi-mədəni irsinin təbliği” adlı layihə keçirilib

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə "Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən 2026-cı ilin fevral-may ayları aralığında Sabirabad və Saatlı rayonlarında "Gənclər arasında Qərbi Azərbaycanın tarixi-mədəni irsinin təbliği” adlı layihə keçirilib. 
 
Aktual.az xəbər verir ki, layihənin əsas məqsədi gənclərin Qərbi Azərbaycan barəsində hərtərəfli məlumatlandırılması və Qərbi Azərbaycana qayıdış prosesində onların aktiv fəaliyyətə cəlb edilməsi olub.
 
Layihə çərçivəsində qeyd olunan rayonlarda mövzuya uyğun gənclər arasında intellektual yarışlar keçirilib. Yarışlarda 100-dən çox gənc iştirak edib. Qalib komandalara sertifikatlar təqdim olunub.




Xəbər 47 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR