Azərbaycan Demokratik
Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev mayın
22-i Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti
ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.
Aktual.az-ın məlumatına görə, Partiya sədri Elşən
Musayev bildirib ki, ötən görüşlərdə
olduğu kimi, bu görüşdə də Partiyanın ölkənin ictimai-siyasi həyatında iştirakı
və parlamentdə fəaliyyəti haqqında geniş fikir mübadiləsi aparılıb.
Partiyanın gələcək fəaliyyəti üçün olduqca səmərəli keçən görüşdə Prezident
İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən yeni siyasi konfiqurasiyanın
siyasi plüralizmin inkişafı baxımından böyük əhəmiyyət daşıması haqqında
müzakirə aparılıb, qanunvericilik hakimiyyəti ilə icra hakimiyyəti arasında
əməkdaşlığın genişləndirilməsinin vacibliyi xüsusi qeyd edilib.
Qanunvericilik
bazasının müasir tələblərə uyğun təkmilləşdirilməsi prosesində Milli Məclisdə
təmsil olunan partiyaların iştirakçılığı haqqında söz açan tərəflər bu xüsusda
"Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulundan sonra partiyalar üçün yaradılmış
münbit fəaliyyət şəraitini yüksək dəyərləndirib, yeni Qanunun siyasi
partiyaların və bütövlükdə siyasi sistemin təkmilləşməsinə və inkişafına böyük
təkan verdiyini qeyd ediblər.
Görüşdə
ölkəmizdə keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində dünyanın
aparıcı şəhərsalma və urbanizasiya üzrə mütəxəssislərinin bir araya
gəlməsinin və Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda
müasir tələblərə cavab verən şəhərlər və kəndlər inşa etməsinə şahidlik
etməsinin ölkəmizin dünyada artan nüfuzuna böyük töhfə verəcəyinə əminlik ifadə
olunub.
Milli
maraqlar baxımından Azərbaycanın olduqca uğurlu xarici siyasət həyata
keçirməsi, regionun və Avropanın enerji təhlükəsizliyində rolunun hər gün
artması, ölkəmizdə qarşı aparılan qərəzli siyasi kampaniyalara bütün
səviyyələrdə adekvat cavab verilməsi və digər bu kimi məsələlər dövlətimizin
gücünün göstəricisi kimi xarakterizə edilib.
Azərbaycan Demokratik Maarifçilik
Partiyasının
Mətbuat Xidməti Xəbər 57 dəfə oxunub.