Qurban ətini dərhal yeməyin - Mütəxəssisdən XƏBƏRDARLIQ

Qurban ətini dərhal yeməyin - Mütəxəssisdən XƏBƏRDARLIQ

Qurban bayramı günlərində təzə kəsilmiş ətin dərhal istehlakı sağlamlıq üçün ciddi problemlər yarada bilər.
Aktual.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, ətin düzgün saxlanılması və müəyyən müddət dincəldilməsi həm həzmi asanlaşdırır, həm də təhlükəli risklərin qarşısını alır.
Türkiyəli mütəxəssis Mehmet Emin Mavi bildirib ki, qurban kəsildikdən dərhal sonra ətin yeyilməsi tövsiyə olunmur. Onun sözlərinə görə, bu zaman əzələlərdə "rigor mortis" adlanan sərtləşmə prosesi baş verir və nəticədə ət həm çətin həzm olunur, həm də bişirmə üçün uyğun vəziyyətdə olmur.
Ekspert qeyd edib ki, qurban əti ən azı 12-24 saat soyuducu şəraitində dincəldikdən sonra istifadə edilməlidir. Bu müddət ərzində ətin həm keyfiyyəti artır, həm də həzm sistemi üçün daha uyğun hala gəlir.
Mütəxəssis eyni zamanda vurğulayıb ki, təhlükəsiz ət anlayışı yalnız düzgün bişirmə ilə məhdudlaşmır. Heyvanın baytarlıq nəzarətindən keçməsi və gigiyenik şəraitdə kəsilməsi də vacib şərtlər sırasındadır.
Ətin saxlanma qaydalarına toxunan Dr. Mavi bildirib ki, qısa müddət üçün nəzərdə tutulan məhsullar +4 dərəcə temperaturda soyuducuda saxlanmalıdır. Uzunmüddətli istifadə üçün isə ət -18 dərəcədə dərin dondurucuda mühafizə edilməlidir.
Bundan başqa, çiy və ya az bişmiş ətin təhlükəli parazit və yoluxucu xəstəliklərə səbəb ola biləcəyi də diqqətə çatdırılıb. Ekspert xüsusilə "hidatid kistası" kimi parazitar xəstəliklərin düzgün bişirilməmiş ət və gigiyenaya əməl olunmayan qidalar vasitəsilə yayıla biləcəyini bildirib.
Xəbər 36 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR