"Neftçi"nin gənc istedadı Avropaya yollanır - RƏSMİ


"Neftçi"nin və 21 yaşlılardan ibarət milli komandamızın gənc futbolçusu Murad Məmmədov karyerasında yeni səhifə açaraq Kiprin "Pafos" klubuna transfer olunub.
Bu barədə Aktual.az-a Bakı klubunun mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, 2024/2025 mövsümündən etibarən əsas komandanın formasını geyinən 20 yaşlı oyunçu bu dövr ərzində meydana çıxdığı 41 qarşılaşmada 4 dəfə fərqlənməyi bacarıb. Bundan əlavə, o, U-21 millimizin heyətində keçirdiyi 10 matçda rəqib qapılarından 1 qol keçirib.
Xəbər 42 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR