Azərbaycanda örüş və otlaqların elektron uçotu aparılacaq

Azərbaycanda örüş və otlaqların elektron uçotu aparılacaq

Azərbaycanda 2027-2030-cu illərdə örüş və otlaq sahələrinin effektiv idarə edilməsi sisteminin yaradılması və münbitliyinin bərpası nəzərdə tutulur.
Aktual.az xəbər verir ki, bu məsələ "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı"nda əksini tapıb.
Sənədə əsasən, ölkədə örüş və otlaqların səmərəli idarə olunması məqsədilə rəqəmsal həllərin tətbiq edilməsi, örüş və otlaqların elektron uçotunun qurulması, örüş və otlaqların münbitliyinin qorunması üçün subsidiya mexanizminin tətbiq edilməsi planlaşdırılır.
Sözügedən illərdə ümumilikdə 480 min hektar örüş və otlaq sahələrinin münbitliyinin yaxşılaşdırılması hədəflənir.
Xəbər 37 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR